• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 22.05.2020 19:50

Fiziki formanı ev şəraitində də saxlamaq olar

KepezTV Player

"Fiziki formanı ev şəraitində də saxlamaq olar. Bu gün bu, artıq heç kəs üçün sirr deyil. İdman zalına getmədən evdə idmanla fəal məşğul olmağın mümkünlüyünü göstərən informasiya resursları çoxdur. Mən ilk gənclik illərimdən bəri idmanla məşğulam və əlbəttə, bütün qaydalara riayət edirəm". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə müsahibəsində söyləyərək insanları idmanla məşğul olmağa səsləyib.

Ölkə prezidentinin də dediyi kimi idmanla məşğul olmaq hər kəsdən ötrü həm sağlamlıq, həm özünəinam, həm də iş qabiliyyəti üçün mühüm amillərdən biridir.

Həyatını idmana, məşqçiliyə həsr edən Rafael Hüseynov uzun illərdir ki, gənc nəslin nümayəndələrinə juboksinq citsu idman növünün sirlərini öyrədir. Karantin rejiminə görə o sevimli işindən ayrı düşüb.

Zallar bağlı olduğundan məşqçi yetirmələri ilə daha çox telefon vasitəsilə əlaqə saxlayıb hazırlıq prosesi ilə bağlı göstərişlərini verir.

Rafael Hüseynov Gəncə Juboksinq Citsu nümayəndəliyinin rəhbəridir. Nümayəndəliyin idmançıları Nizami yurdunu müxtəlif səviyyəli yerli və beynəlxalq yarışlarda təmsil edib uğurlu nəticələr qazanırlar.