• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 21.05.2020 20:40

Pandemiyanın təsir dalğasına ilk düşənlər

KepezTV Player

Koronavirus pandemiyasının təsir dalğasına ilk düşən idman növlərindən biri boks olub. Mart ayında dəri əlcək ustaları Tokio-2020 Yay Olimpiya Oyunlarına seçim xarakterli London turnirində virusa yoluxma təhlükəsi ilə üzləşdiklərindən yarış yarımçıq dayandırılıb. Həmin vaxt İngiltərə paytaxtında olan Azərbaycan millisinin tərkibində Gəncə boksçusu Rüfət Hüseynov da yer alıb.

Gənc idmançı Londonda koronavirus pandemiyasına görə gələn təxirə salınan yarışda olimpiadaya lisenziya qazana bilməsə də, növbəti turnirlərdə bunun üçün yenidən döyüşəcək. Amma hələlik karantin rejimi ilə əlaqədar idman qurğuları bağlı olduğundan Rüfət Hüseynov digər komanda yoldaşları kimi istənilən səviyyədə hazırlaşa bilmir.

Karantində istirahətin üstünlük təşkil etdiyi dövrdə idmançıların əsas diqqət etməli olduğu şeylər düzgün qidalanmaq və çəkini qorumaqdır.

4 il öncəki Rio olimpiya oyunlarının iştirakçısı olan 23 yaşlı dəri əlcək ustası bu il yığmanın heyətində Tailandda və Türkiyədə təlim-məşq toplanışı keçib.