• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2373
— 21.05.2020 20:38

Tez-tez əl yumağın zərərləri

KepezTV Player

Psixoloqlar onu ruhi xəstəlik adlandırır. Amma müalicəsinin mümkün olduğunu deyirlər. Söhbət təmizlik istəyi ilə mübarizədə çətinlik çəkən vasvası insanlardan gedir. Bu xəstəliyi ciddi qəbul etmək, mütləq şəkildə müalicə olunmaq lazımdır kimi tövsiyyədə var. Gigiyena qaydalarına həddindən artıq əməl edən insanları hansı problemlər gözləyir?- qarşıdakı sujetdə.

Mən əlimi yuyuram, sonra suyu bağlayıram. Amma suyu bağlayanda əlim kranta dəyir. Buna görə də suyu açıb yenə əlimi yuyuram. Amma sonra yenə krantı bağlamaq lazım gəlir və prosses təkrarlanır. Beləcə mən saatlarla vaxtımı əlimi yumaqla keçirdirəm. Kiməsə bu çox gülməli görünə bilər. Amma əslində belə vasvası insanlar həqiqətən var. Hətta bu bəzilərində daha ciddi problemlərə - əsəb pozğunluğuna, depressiyaya gətirib çıxarır. Bəs nədir görəsən vasvasılıq? Nədən yaranır? Bu xəstəlikdirmi və ondan qurtulmaq olarmı?

Bəli təmizlik gözəldir, təmizlik sağlamlıqdır. Amma hətta təmizlik istəyində də ifrata varmaq yaxşı nəticə vermir. Hazırki virusla mübarizə dövründə gigyenik qaydalara - ələxsus da əllərin tez-tez yuyulmasına son dərəcə riayət olunması hansı problemlərə səbəb ola bilər ?

Zamanın çoxunu təmizliyə ayırdığı üçün vaxt itkisi yaşayan bu insanlar demək olar ki, özlərini həyatın gözəlliklərindən məhrum edirlər. Həyatınızdan gözəlliklər əskik olmasın.