• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1556
— 20.05.2020 15:19

Sabirabbadda qətlə cəhd edən şəxs tutuldu

KepezTV Player

Sabirabad rayon prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutulub. Rayon prokurorluğunun məlumatına görə, ötən gün Sabirabad şəhərində yerləşən ərzaq mağazasında satıcı işləyən rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib. İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, törətdiyi cinayəti etiraf edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.