• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 20.05.2020 11:50

Olimpiya çempionu koronavirusa yoluxub

KepezTV Player

Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib. Bu barədə ölkə mətbuatına açıqlamasında 32 yaşlı idmançının özü məlumat verib. Hazırda Dağıstanın paytaxtı Mahaçqalada olan titullu pəhləvan ailə üzvlərinin də pandemiyadan əziyyət çəkdiyini bildirib. Bir həftədir ki, sağaldığını deyən Şərifov xəstəliyi yüngül formada keçirdiyini, artıq hər şeyin qaydasında olduğunu və özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb. Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya, 2012-ci ildə olimpiya, 2019-cu ildə isə Avropa çempionu olub. O, ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında gümüş medal və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.