• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2342
— 19.05.2020 20:28

"Sportşkola"nın təmirə ehtiyacı var

KepezTV Player

Gəncədə uzun illlərdir ki, fəaliyyət göstərən idman məktəblərindən olan və yerli insanların daha çox “sportşkola” kimi tanıdığı bazanın əsaslı şəkildə təmirə ehtiyacı var. İdman məktəbində ayrı-ayrı vaxtlarda müəyyən bərpa işləri aparılsa da, rekonstruksiyası mütləqdir.

Əvvəlki adı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı indi isə sonuna Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi sözləri əlavə edilən idman ocağının yerləşdiyi baza 1980-ci ildə istifadəyə verilib. Sovetlər dövründə tikilən məktəb Nizami yurdunda ən böyük kompleks idman ocağı kimi tanınıb. Olimpiya çempionu Toğrul Əsgərovu yetişdirən məktəbdə məşq etmək üçün şərait istənilən səviyyədə deyil. Burada sonuncu dəfə təmir işləri 2015-16-ci illərdə aparılıb. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə cüdo və ağırlıq qaldırma, daxili imkan hesabına isə boks zalı yenidən qurulub.

İnşası davam edən saray, yenilənməli kompleks

Gəncədə idmanın müxtəlif növləri ilə müasir tələblər səviyyəsində hazırlıq proseslərinin və yarışların keçirilməsi inşası hazırda davam etdirilən idman sarayının tikintisinin başa çatdırılmasından sonra mümkün olacaq.

3 hektara yaxın ərazini əhatə edəcək sarayda müxtəlif olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu yaradılacaq.

2002-ci ildən Gəncə idmanına xidmət edən olimpiya idman komleksi də təmirə ehtiyac duyulan idman qurğuları arasındadır. Kompeksdə bir sıra vaxtlarda mərhələli şəkildə yalnız müəyyən cari təmir işləri aparılıb.