• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 19.05.2020 20:23

Azərbaycana 10 kq-dan çox narkotik gətirən şəxs tutuldu

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman 390 qram heroin və 215 qram metamfetamin aşkar olunaraq götürülüb.Əməliyyat tədbirlərinin davamı olaraq Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçirilib. Ordan isə idman çantasının içərisindən əlavə 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, 498 ədəd ümumi çəkisi 19,92 qram metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Beləliklə, bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.Müəyyən olunub ki, Elvin Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib. Daha sonra paytaxta gətirərək yaşadığı evdə gizlədib. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Elvin Zeynalov tutularaq istintaqa təqdim olunub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.