• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2410
— 19.05.2020 16:41

Yevlaxda “Qaraçılar məhəlləsi”nə giriş-çıxış məhdudlaşdırılıb

KepezTV Player

Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçənin bir qrup sakini karantin rejimini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir. Belə ki, son günlər rayonda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır, giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdır. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq ediləcək.