• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1012
— 19.05.2020 16:38

Gəncədə yeni mənzillər sahiblərinə təqdim edildi

KepezTV Player

Yeni köhnə mənzillər. 2 ilə yaxındır kirayələrdə, qohum-tanışının evində qalmalı olan ailələr bu gündən yeni evlərinə könmək imkanı əldə edib. Söhbət Gəncədə qaz sızması nəticəsində partlayaraq yararsız hala düşən və sökülərək yerində yenisi inşa edilən binanın istismara qəbul edilməsindən gedir.

Gəncə şəhərinin Kəpəz rayonu ərazisində partlayış nəticəsində dağıntıya məruz qalan bina dövlət tərəfindən təmir olunaraq, sakinlərin ixtiyarına verilib.

Söhbət Şahlar Hüseynov 13 A ünvanında tikilən binadan gedir. 2018-ci ilin noyabrınadək 3 bloklu, 4 mərtəbəli, 36 mənzilli bina olan bina partlayışdan sonra 5 mərtəbəli, 2 bloklu, 50 mənzilli bina ilə əvəzlənib.

Elvin Atakişiyev sakin: Mənim mənzilim də bu binada yerləşirdi.3 otaqdan ibarət idi.Bu günki günə qədər də bizim kirayə pulumuz da ödənilirdi.Çox şükürlər olsun ki, binamız öz yerində standartlara uyğun şəkildə tikilmişdir.

Arifə Orucova sakin: 2018-ci ildə partlayış oldu, təxminən bu hadisədən 10 gün sonra, Prezident səsimizə səs verdi, pul ayrıldı.Həmin vaxtdan bəri ev tikilir, yaşayışımız da təmin olunub, kirayəmiz də ödənilib.Çox razıyıq. Evim 3 otaqlı idi 2-ci mərtəbədə, yenə həmin mərtəbədən 3 otaqlı ev verdilər.Əvvəlkindən də yaxşı şəraiti var.Təmiri də əvvəlkindən yaxşıdır.

Binada mənzillərin 22-i bir otaqlı, 16-ı iki otaqlı və 12-i isə üç otaqlıdır. Partlayışa qədərki binada yaşayan 36 ailənin hamısı yeni mənzillərlə təmin olunub. Sanitar qovşağı, fərdi isitmə sistemi və mətbəx mebeli ilə təmin edilən mənzillər tam təmirli şəkildə sahiblərinə təqdim olunub.

Nigar Qazıyeva sakin: Əvvəl dördmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayırdım. İndi mənə 5-ci mərtəbədə ev verilib.Evim lap təmirli olmasa da, orta təmirli idi.Çox sevinirik, qəşəng evdir. Sevinirik ki, təzə evə köçmüşük.

Ceyhun Abbasov sakin: Zərər çəkmiş binanın sakiniyik.İki il müddətində  bina yenidən yüksək səviyyədə inşa edilərək təhvil verildi.Bu müddət ərzində bizim kirayə ödənişlərimiz də verildi.Mətbəx mebelimizi də hədiyyə etdilər.

Bina Prezidentin ehtiyat fondundan ayrılan 3,7 milyon vəsait hesabına inşa edilib. Eləcə də binanın qarşısındakı mərasim zalı da təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Valeh Anaroğlu