• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 18.05.2020 19:23

Azərbaycanda işəgötürənlər üçün yeni tələb

KepezTV Player

Azərbaycanda əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş şəxslərlə bağlı işəgötürənlər üçün yeni tələb qoyulur. Bununla əlaqədar "Məşğulluq haqqında" qanuna yeni maddə əlavə edilir. Bu əlavəyə əsasən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.