• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 18.05.2020 15:51

Prezident İlham Əliyev Fərman imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Qaydaya əlavə edilən yeni bəndə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri müvəkkil bankla razılaşdırılmış sifariş əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.