• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2611
— 18.05.2020 17:02

Karantin qaydalarını pozan daha 1 720 sürücü cərimə edilib

KepezTV Player

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15 may saat 00:00-dan 18 may 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 720 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək 55678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.