• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2577
— 18.05.2020 12:07

Avtomobil piyadanı vuraraq öldürüb

KepezTV Player

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza 20 Yanvar dairəsi yaxınlığında, Müzəffər Həsənov küçəsində qeydə alınıb. Orta yaşlı kişi hərəkətdə olan "Jeep" markalı avtomobilin qarşısına çıxıb, avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib. İlkin baxış zaman üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından ölən şəxsin kimliyini müəyyən etmək olmayıb. Faktla bağlı araşdırma aparılır.