• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 16.05.2020 12:39

Almaniya Bundesliqası bu gündən bərpa olunur

KepezTV Player

İki aylıq fasilədən sonra bu gün Almaniya milli çempionatı bərpa olunur.26-cı turun oyunları üç gün davam edəcək. İlk maraq doğuran görüşlərindən birində "Borussiya Dortmund" öz meydanında “Şalke"ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Eyni vaxta başlayan digər matçlarda "Leyptsiq" "Frayburq"u, "Auqsburq" "Volfsburq"u, "Fortuna Düsseldorf" "Padeborn"u, "Hoffenhaym" "Herta"nı qəbul edəcək. Günün sonuncu oyunu saat 20:30-da "Ayntraxt Frankfurt” və "Borussiya Mönhenqladbax” arasında baş tutacaq. Mayın 17-də "Köln" "Maynts"ı, "Bavariya" isə “Union Berlin"i qəbul edəcək. Tura mayın 18-də keçiriləcək "Verder" - "Bayer Leverkuzen" qarşılaşması ilə yekun vurulacaq. Almaniya Futbol Federasiyası klubların rəhbərliyi və assosiasiya nümayəndələri ilə keçirdiyi videokonfransda bir sıra qərarlar qəbul edib. Oyunlarda beş əvəzetmə olacaq. Bu qərar iki ay fasilədən sonra futbolçuların zədələnməsi riskini azaltmağa imkan yaradacaq. Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyundan əvvəl kollektivin foto və əlsıxması ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək. Hazırda turnir cədvəlinə son 7 ilin çempionu "Bavariya" 55 xalla başçılıq edir. Dortmund "Borussiya"sı 51 xalla ikinci, "Leyptsiq" 50 xalla üçüncüdür.