• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2432
— 16.05.2020 12:46

DSX generalı barədə həbs qətimkan tədbiri seçildi

KepezTV Player

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində təqdimata baxılıb. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.