• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 16.05.2020 10:10

Gəncədə saxta jurnalist saxlanıldı

KepezTV Player

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, Kəlbəcər rayon sakini Elnur Alməmmədovun şəhər ərazisinə daxil olması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Liderpress.az” MMC-də işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. Elnur Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı o həmin vəsiqəni özü hazırladığını etiraf edib. Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün bu yola əl atdığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Elnur Alməmmədov saxlanılan şəxs: Evdə printerim var idi. Həvəsə gəldim baxdım gördüm düzəlir. Sonra üzlük tapıb yapışdırdım. Yəni fikirləşdim hansısa karantində polis postlarından keçə bilərəm. Oda gəldim göstərəndə polis əməkdaşları gördü saxtadı bura dəvət etdilər.

Natiq Hüseyn