• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2507
— 15.05.2020 19:59

Kafedə qanunsuz işləyən iki qadın saxlanılıb

KepezTV Player

Gəncə polisi karantin qaydalarını pozaraq kafedə icazəsi olmadan işləyən iki nəfər qadını aşkar edib. Şah İsmayıl Xətai prospektində fəaliyyət göstərən kafedə Gəncə şəhər sakinləri 48 yaşlı Şəfa Rzayeva və 49 yaşlı Validə Yusubova polisin araşdırması zamanı saxlanılıb. Faktla bağlı hər iki qadın inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə cərimələnib. İaşə obyektin sahibi ilə bağlı müfaviq araşdırmalar isə davam etdirilir.