• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 15.05.2020 16:09

Tələbəni qətlə yetirən məktəbli tutuldu

KepezTV Player

Zaqatalada yuxarı sinif şagirdi 1-ci kurs tələbəsini qətlə yetirib. Hadisə rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib. Kənd sakini olan 17 yaşlı oğlan həmyerlisi, 18 yaşlı İlyas İlyasovu şəxsi münasibətlər zəminində bıçaqlayaraq öldürüb. Zaqatala rayon Prokurorluğundan  verilən məlumata görə, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə istintaqa cəlb olunub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib və peşman olduğunu deyib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.