• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 15.05.2020 11:59

Rusiyada ilk dəfə koronavirusa təkrar yoluxma faktı qeydə alınıb

KepezTV Player

Rusiyanın Buryatiya respublikasında COVID-19-dan sağalan qadın ikinci dəfə virusa yoluxub. Respulika xəstəxanasının baş həkimi deyib ki, həmin xəstə aprelin 21-də iki mənfi testdən sonra evə buraxılıb. 16 gün sonra yenidən xəstəlik simptomları hiss edən qadından götürülən koronavirus testi müsbət nəticə verib. Bu, Rusiyada qeydə alınan ilk təkrar yoluxma faktıdır. Ölkədə ümumilikdə 262,843 nəfərdə koronavirus aşkarlanıb, 2,418 nəfər dünyasını dəyişib, 58,226 nəfər sağalıb.