• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2481
— 14.05.2020 20:30

Gəncədə yüksək sürət sürücüləri xəstəxanalıq etdi

KepezTV Player

Gəncədə 2 mersedes markalı avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Səbuhi Əliyev küçəsində baş verən avtoqəzaya yüksək sürətin səbəb olduğu deyilir. Hər iki maşının deformasiyaya uğraması da bunu deməyə əsas verir. Qəza nəticəsində sükan arxasında olan sürücülər xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlar 37 yaşlı Nihat Məmmədov və 72 yaşlı Arzu Vəliyevdir.