• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 13.05.2020 19:56

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb

KepezTV Player

Gəncə şəhərinin Nizami Gəncəvi prospektində 30 nömrəli tam orta məktəbin qarşısında yol nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildrilir. İşıq dirəyi yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.