• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 13.05.2020 12:03

Qayıqlardan 40 min manatlıq mühərrik oğurlayan şəxs saxlanıldı

KepezTV Player

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə Pirallahı rayonu ərazisində balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin oğurlandığı barədə müraciətlər daxil olub. Ümumi dəyəri 40 min manata yaxın olan 6 ədəd müxtəlif markalı mühərrik oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Şirinov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində bu ilin fevralından başlayaraq Gürgan və Zirə qəsəbələrində dəniz kənarında qayıqların mühərriklərini oğurladığını etiraf edib. Ümumilikdə fevral-aprel ayları ərzində müxtəlif vaxtlarda 3 dəfə qeyd edilən qəsəbələrin dəniz sahilindən qayıqlardan asma mühərriklər oğurladığını deyib. Şirinovun yaşadığı evin yardımçı təsərrüfatına baxış zamanı mühərriklər aşkar olunaraq sahiblərinə qaytarılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.