• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2547
— 11.05.2020 15:48

Gəncədə antisanitar vəziyyətdə fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb

KepezTV Player

Antisabitar vəziyyətdə hazırlanan qida məhsulları, sanitar qaydaların pozulması, karantinlə bağlı tələblərə əməl edilməməsi. Gəncədə polisin keçirdiyi reyd bu faktları üzə çıxarıb. Yoxlamaların nəticəsi inzibati qaydada cərimələnmə ilə yekunlaşıb.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının Atatürk prospektində apardığı yoxlamalar zamanı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, şəhər sakini Sərxan Hüseynovun işlətdiyi fasfud qidaları təqdim edilən obyektdə çalışanlar karantin rejiminin tələblərini pozur. 

Bu azmış kimi ictimai iaşə obyektinə məxsus binanın zirzərimisndə yerləşən anbarda sanitar gigiyenik qaydalara əməl olunmadığı, müxtəlif qida məhsullarının saxlanılması və hazırlanması zamanı sanitar qaydaların tələblərinin kobud şəkildə pozulması faktı da aşkarlanıb. Qeydə alınan nöqsanlara görə, Sərxan Hüseynovun barəsində inzibati qaydada protokol tərtib edilib.

Polis əməkdaşları Atatürk prospektində fəaliyyət göstərən dönərxanada işçinin rəsmi icazəsi olamdığını müəyən ediblər. Həmin şəxisn barəsində də qanuna müvafiq tədbir görülüb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları bu istiqamətdə tədbirlərini davam edtirir. Sakinləri karantin rejiminin tələblərinə əməl etməyə çağırır.

 

Natiq Hüseyn