• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 08.05.2020 19:38

Gəncənin millət vəkili cəzaların sərtləşdirilməsini təklif etdi

KepezTV Player

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Parlament öz işinə şuşanın işğalı və orda şəhid olanların ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müzakirələr zamanı erməni vandalizmindən danışılıb, geri alınan Üzeyir Hacıbəyov, Bülbül və Xurşudbanu Natavanın abidələrinin bulvar və ya şəhidlər xiyabanına köçürülməsi təklif edilib. Karantin rejimi də müzakirələrin əsas mövzusu olub. Komitə sədri Musa Quliyev karantin rejimini pozanlara qarşı cəzaların sərtləşdirilməsini təklif edib.

Musa Quliyev - Milli Məclisin üzvü: karantin rejiminin yungülləşməsi və bəzi bölgələrdə aradan götürülməsi insanlarda çox ciddi sayğısızlıq,məsuliyyətsizlik və biganəlik yaradıbdır. Bu da ölkəmizdə 2-ci koronavirus dalğasının yaranmasına və çox ciddi fəsadlara səbəb ola bilər.cənab prezidentin o çağırışına mən də qoşuluram. Hesab edirəm ki cənab sədr sizdə komitə sədrləri ilə videokonfransda bu tövsiyyələri sizdə bizə verdiniz.hər bir millət vəkili təbliğat işinə qoşulmalıdır.