• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3110
— 04.05.2020 16:02

Yaşıllıqlara aqrotexniki qulluq olunur

KepezTV Player

Gəncədə yaz mövsümü ilə əlaqədar olaraq yaşıllaşdırma işləri geniş vüsət alıb. Şəhərin müxtəlif küçə və prospektlərində ağaclar budanır. Yaşıllaşdırma işləri ilə yaxından tanış olmaq istəyənlər, ekranlara yaxın əyləşin.

Gəncədə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin əməkdaşları yaz mövsümü ilə əlaqədar olaraq şəhərin müxtəlif ərazilərində yaşıllaşdırma işləri aparır. Küçə və prospektlərdə quruyan ağac budaqları kəsilir, onlara aqrotexniki qulluq göstərilir. Şəhər sakinləri görülən işlərə təhlükəsizlik baxımından münasibət bildirir.

Anar Məmmədov - sakin: İşçilərə də, dövlətimizə də təşəkkür edirəm ki, yaşıllaşdırma işləri aparırlar, şəhəri gözəlləşdirirlər.Daha da genişləndirirlər.Buna görə də minnətdarlığımı bildirirəm.Şəhər sakini olaraq bu işləri yaxşı qiymətləndirirəm.Çox sağolsunlar.

Sevil Nuriyeva - sakin: Laqeyd qalmırlar, yaşıllaşdırma işləri ilə məşğul olurlar.Görülən işlər bizim yaxşılığımız, sağlamlığımız üçündür.Yaşıllaşdırmamız nə qədər yaxşı olsa, bir o qədər də sağlamlıqdır. Təşəkkürümü bildirirəm.Görülən bu yaşıllaşdırma işləri çox gözəl, çox əla, təqdirəlayiqdir.

Girişinə qadağa qüvvədə olsa da aparılan işlər şəhərin istirahət yerlərində və parklarını da əhatə edir. 20-dən artıq işçinin cəlb olunduğu proses şəhərin bütün prospektlərini əhatə edəcək.

Rasim Əlirzayev - Gəncə Şəhər MKTİB-nin yaşıllaşdırma şöbəsinin briqadiri: Bu işin aparılması üçün 20-ə yaxın işçi cəlb olunub.Hazırda H.Əliyev prospektində yekunlaşma işləri görürük.Daha sonra Ş.İ.Xətai, Atatürk, Nizami prospektlərində də bu işlər aparılacaq.Daha sonra parklarda budama işləri həyata keçiriləcək.Şəhərimizin abadlıq-quruculuq işləri ilə əlaqdar olaraq mövsümi gülləri də basdıracağıq.

Görülən işlər əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir.

Valeh Anaroğlu