• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2096
— 04.05.2020 16:19

Polislər ara məsafəsini gözləməyə çağırdı

KepezTV Player

Gəncədə əhalinin karantin qaydalarına əməl etməsi üçün Baş Polis İdarəsinin əməkdaşları maarifləndirici tədbirləri davam etdirir. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində “DOST" İş Mərkəzinə qeydiyyat zamanı 2 metrlik ara məsafəsinin saxlanılmasının vacibliyi izah olunub. Tövsiyyələrə əməl etməyin onların sağlamlığı üçün vacib olduğu önə çəkilib. Həmçinin Gəncə ASAN Xidmət Mərzinin önündə də karantin qaydaları ilə bağlı vətəndaşlar maarifləndirilib. Əvvəlcədən növbə alıb ASAN xidmət mərkəzinə gələnlər ara məsafəsi saxlanılaraq içəri daxil ola bilər. Analoji aksiya şəhərin mərkəzi poçt şöbəsinin önündə də təşkil edilib. Burda da sosial izaliyasiya qaydalarına əməl etməyin vacibliyi vurğulanıb. Ara məsafəsi saxlayan sakinlərə polis tərəfindən maskalar da paylanılıb. Karantin qaydaları ilə bağlı bu cür maarifləndirici aksiyalar bundan sonrada davam etdiriləcək.