• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2021
— 02.05.2020 12:19

Samuxda baş verən qəzada azyaşlı dünyasını dəyişib

KepezTV Player

Ötən gün axşam saatlarında Samux rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Tarladan evə qayıdan ailə üzvləri qəzaya uğrayıblar. Yasin Süleymanov “VAZ2106” markalı avtomobillə Köbər kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itib və avtomobili yaxınlıqdakı kanala aşırıb. Nəticədə sürücünün 6 yaşlı övladı Hüseyn Süleymanov boğularaq dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Rafiq Məmmədov isə müxtəlif bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alan şəxs evə buarxılıb. Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.

Natiq Hüseyn