• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 30.04.2020 14:41

Gəncədə daha 100 ailəyə ərzaq yardımı paylanılıb

KepezTV Player

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Gəncə şəhərində də xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və təqaüdçülərə ərzaq yardımları paylanılıb. Ümumilikdə Şəhər icra hakimiyyətinin tərtib etdiyi siyahıya əsasən, yardım bağlamaları sosial dəstəyə ehtiyacı olan 100 ailəyə çatdırılıb. Gündəlik tələbat mallarından ibarət yardım bağlamalarına - çay, qənd, şəkər tozu, düyü, bitki yağı, makaron və başqa ərzaqlar daxil edilib. Həmçinin vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb. Bunu sakinlərin özlərinin və ailə üzvlərinin, cəmiyyətin sağlamlığı naminə etmələri tövsiyə olunub.

Ülviyyə Vəliyeva Gəncə Şəhər Dövlət İdarələri Həmkarlar İttifaqının sədri: Gəncə şəhər İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin araşdırılması nəticəsində müəyən edilən aztəminatlı ailələr siyahılaşdırılıb. Bütün ərzaq bağlamaları bizim iştirakmızla ailələrə çatdırılıb.

Natiq Hüseyn