• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 29.04.2020 11:39

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadıldı

KepezTV Player

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin müddəti artırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda qeyd olunur ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılıb.