• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3233
— 28.04.2020 19:13

Arıxanalarda yaz qulluğu

KepezTV Player

Hazırda arıxanalarda qızğın iş gedir. Arılara yaz qulluğu göstərilir. Vaxtında və düzgün görülən işlər isə  arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amil kimi qiymətləndirilir. Yazda arılara göstərilən qulluqdan qarşıdakı sujetdən tanış olacağıq. Arıçılar, elə alıcılar üçün də maraqlı olar, izləyək.

Arıxanalarda yaz qulluğuna aprelin əvvəlindən başlanılıb. Arı ailələrinə baxış adədətən sakit və günəşli  havada aparılmalıdır. Yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasını aşkarlamaq əsas şərtdir. Xəstəliyin vaxtında çüəyyən edilərək ona qarşı aparılan mübarizə tədbirləri arı ailəsini məhv olmadan xilas edir. Həmçinin bu məhsuldarlığa da müsbət təsir göstərir.

Asif Kərimov Goranboy Rayon Arıçılar Birliyinin sədri: Arının balı ancaq çiçəklərdən toplanılır. Burdan başa düşmək olur ki, balın nə qədər xeyri, dəyəri var. İmmun sistemin gücləndirilməsi, qanın formalaşmasının, qan azlığının yox eləməsinin böyük qüvvəsi elə bal qidasındadır. Bütün arıçılar da yaz gəldiyi vaxt baxış keçirirlər. Arının öləni varmı, vəziyyəti pis olan varmı, yemi az olan varmı? Baxış zamanı bunların hamısı aşkar olunur. Arıçılar hamısı bu işi bilirlər. Bilmiyənlərdə bir-birindən öyrənirlər. Ümumi arıların vəziyyət yaxşı olmalıdır. Zəif ana arılar çıxdaş edilməlidir.

Yazda eləcə də arı pətəkləri də nəzərdən keçirilir. Ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti yoxlanılır. Bu dövrdə ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı çox olar. Bu isə məhsul istehsalında əsas göstərici hesab edilir.

Asif Kərimov Goranboy Rayon Arıçılar Birliyinin sədri: Arıların güclənməsinə fikir veririk. May ayının 1-nə kimi arı demək olar ki, tam həddi buluğa çatmış olur. İlk olaraq arının bir hissəsinin biz Samux rayonuna köçürəcəyik. Çünki Azərbaycanda təbiət elə yaradıb ki, arının yem bazası Samuxda arılar tez inkişaf edir. İlk balı da ola bilsin ki, orada süzürük. O da havadan asılıdr. Ondan sonra iyun ayında  Göygölə, Zurnabada apara bilirik. İyul ayında isə Daşkəsənin Əmirvar kəndinə aparırıq.

Min bir bir dərdin dərmanı hesab olunan bal insan həyatı üçün çox vacib hesab olunsa da arıdan alınan digər məhsullar da bir çox xəstəliklərə məlhəmdir.

Şahrudə Kərimova arıçı: Bal arının axırıncı məhsuludur. Propelisi immun sistemini gücləndirir. Ağ ciyərin, nəfəs yollarının dərmanıdır. Mum göyəsi deyilən bir məhsul var, o da  vərəmin ağ ciyərin dərmanıdır. Xalqımız bunlardan istifadə etsinlər. Bu günkü gündə xalqımız bunlardan istifadə etsələr, xəstələnməzlər. Nəfəs borusunda, ağ ciyərdə problem olmaz.

Respublikada hazırda 5 minə yaxın arıçı  300 minə yaxın arı ailəsi saxlayır. Bir arı ailəsindən isə il ərzində 3-7 kq arası bal alınır. Dövlət tərəfindən hər arı ailəsinə isə 10 manat subsidiya ödənilir.