• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 24.04.2020 18:16

Prezident İlham Əliyev sərəncam imzalayıb

KepezTV Player

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edən şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirən xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilən şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncamın icrasına 5,9 milyon manat ayrılıb.