• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 24.04.2020 15:39

Koronavirus əleyhinə vaksinin sınağına başlanıldı

KepezTV Player

Koronavirus əleyhinə vaksin hazırlamış Böyük Britaniyanın Oksford Universitetindən olan tədqiqatçılar komandası preparatın könüllülər üzərində sınaqlarına başlayıb. Vaksin şimpanzedə virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Belə texnologiya artıq daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyini sübut edib.