• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 23.04.2020 20:36

VÖEN-i passiv olanlar üçün birdəfəlik ödəmənin alınmasında məhdudiyyət yoxdur

KepezTV Player

“Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi passiv olan şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur”. Koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi ilə bağlı yaranan bəzi anlaşılmazlıqlara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirərkən deyib.Onun sözlərinə görə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir.Passiv VÖEN fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.