• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 23.04.2020 16:34

Peyvənd ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir

KepezTV Player

Aprelin 20-dən başlayan və 26-da başa çatdırılacaq "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvənddən kənarda qalan uşaqlar vaksinasiyaya cəlb ediləcəklər. Valideynlər SMS-lə icazə alaraq, tibb müəssisəsinə gəlməlidirlər.Eyni saata düşən valideynlərin sayı 10 nəfərdən çox olmamalıdır. Valideynlər də bir nəfər uşaqla gəlməlidirlər ki, insanların təması azalsın. Tibb müəssisələrinin məsul işçiləri valideynlərlə telefonla əlaqə saxlayaraq uşaqlarda hərarət və digər xəstəlik əlamətlərinin olub-olmadığını öyrənməlidir. Belə uşaqlar olarsa, onların tibb müəssisəsinə dəvət edilməsinə ehtiyac yoxdur.