• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 23.04.2020 16:33

Türkiyənin milli bayramı

KepezTV Player
23 aprel Türkiyədə milli suverenlik və uşaq bayramı kimi qeyd olunur. Bu münasibətlə qardaş ölkənin Gəncədəki Baş Konsulluğunda xüsusi karantin rejiminin tələblərinə uyğun formada tədbir təşkil edilib. Yığıncaqda baş konsul Zəki Öztürk Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümündən bəhs edib və bütün uşaqları bayram münasibətilə təbrik edib. Koronavirus səbəbiylə yalnız konsulluğun əməkdaşlarının iştirak etdiyi mərasimdə bu günün Türkiyənin həyatında mühüm rol oynadığı diqqətə çatdırılıb.