• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 23.04.2020 16:31

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar

KepezTV Player

Azərbaycanda may ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən gün SMS vasitəsilə məlumatlandırılıblar. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü Dövlət Xidmətinin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.