• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 23.04.2020 12:32

Rəcəbov Millətlər Kubokunda birinci lövhədə oynayacaq

KepezTV Player

Beynəlxalq Şahmat Federasiyası və Chess.com saytının təşkilatçılığı ilə Onlayn Millətlər Kubokunda iştirak edəcək Teymur Rəcəbov dünya yığmasının heyətində birinci lövhədə oynayacaq. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç bildirib. Millətlər Kuboku Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr ediləcək. 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5-i 9-u may tarixlərində gerçəkləşəcək. Onlayn Millətlər Kubokunda 6 komanda - Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünya yığması qüvvəsini sınayacaq. İki dövrəlik mübarizədən sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.