• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 22.04.2020 18:28

Liqaların bərpa müddəti yenidən uzadılıb

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda təxirə salınan futbol liqalarının bərpa müddəti yenidən uzadılıb. AFFA tərəfindən keçirilən yarışlar iki həftəlik müddətə təxirə düşüb.

Qurum oğlanlar və qızlar arasında 9 yaş qrupu üzrə birincilikləri, həmçinin gənclər liqasının başlama vaxtını mayın 4-dək uzadıb. Bununla yanaşı, Yüksək qızlar liqasının, "Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da təxirə salınıb. Aşağı yaş qrupları üzrə liqalarda Gəncənin idman məktəblərinin və “Kəpəz” klubunun komandaları iştirak edir.

Mövcud durumla əlaqədar olaraq məşqçilər yetirmələrinə fərdi hazırlığa yönələn tapşırıqlar verib vəziyyəti kənardan nəzarətdə saxlamağa çalışırlar.

Qeyd edək ki, ölkəmizin futbol təsərrüfatında Premyer Liqa və I divizionda da mübarizə yarımçıq dayandırılıb. Hər iki çempionatda oyunlar qeyri-müəyyən vaxta kimi təxirə salınıb.