• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 20.04.2020 15:47

Karantin qaydalarını pozan restoran aşkarlandı

KepezTV Player

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı M.Müşfiq küçəsi 4 ünvanında yerləşən restoranın xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. Baxış zamanı orada obyekt sahibi və 4 nəfər müştərinin olduğu aşkar edilib. Restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Barələrində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər.