Respublikada ən çox günəbaxanIn əkildiyi rayonlardan olan Samuxda ötən ilin göstəriciləri fermerləri həvəsləndirib. İstehsal və satşla bağlı çətinlik yaşamayan kəndlilər bu il daha çox sahədə günəbaxan əkməyi nəzərdə tuturlar.
Samux rayonunda günəbaxan bitkisinin əkininə martın ortalarından başlanılıb. Artıq 600-ə yaxın torpaq mülkiyyətçisi 1100 ha-da səoin aparıb. Sahələrə cəlb edilən 20 ədəd texnika prosesin vaxtında yekunlaşmasını təmin edib. Bu il fermerlər Rusiyadan gətirilən günəbaxan toxumundan sitifadə edib. Hektardan yüksək məhsul əldə etmək üçün səpilən 10 kq toxuma 200 kq amofos gübrəsi qatırlır. Nəticədə hektara çəkilən xərc 600-800 manata bərabər olur. Vaxtında və düzgün aqrotexniki qulluq sayəsində əldə edilən gəlir isə 2 min manata yaxın olur. Gəlirin xərci 2-3 dəfə üstələməsi isə günəbaxan əkininə marağı artırmaya bilməz.
Sübhan Məmmədov - torpaq mülkiyyətçisi: 10 ha torpaq sahəmiz var. Onun da 5 ha-nı dünən əkimişəm, bu gün də 5 ha əkəcəyik. Məhsuldarlığı bol gözləyirik. 80 sm şırım arası məsafə qoyulub, 10 sm günəbaxan arası 10 sm isə dərinlik eləmişik. Bu il məhsuldarlıq yaxşı olasıdı, 10 gün bundan qabaq yağan yağışlarla bağlıdır.
Əkində olduğu kimi fermerlərin günəbaxanın satışı ilə bağlı da çətinliyi yoxdur. Çünki artıq səpin zamanı məhsulun tədarükçüsü bilinir. İstehsalçılar məhsulu keyfiyyətindən asılı olaraq kiloqramını 70 qəpik 1 manat arası satırlar. Ötən ilə nisbətən bu il rayonda 100 ha artıq sahədə səpinin aparılması nəzərdə tutulub.
Kamal Hacıyev - Samux DAİM-in sektor müdiri: Günəbaxan bitkisinin subsidiyası 1 ha-a 200 manatdır. Bu 200 manatın da 25 faizini nəğd şəkilində çəkəcəklər, 70 faizinə gübrə ala biləcəklər, qalanına isə toxum ala bilərlər. Keçən illə müqayisədə səpində bir azda artım var. Günəbaxan bitkisinin alınması üçün bizdə sahibkarlarda var ki, alır və öz sexlərində pərakəndə şəklində satışı ilə məşğul olurlar.
Ötən il Samuxda 1600 nəfərə yaxın torpaq mülkiyyətçisi 3 min ha ərazidə günə baxan tumu əkib. Mülkiyyətçilər hər hektardan 22 sentner məhsul yığaraq ümumilikdə 7 min 534 ton günəbazan əldə ediblər. Rayonda əkilən günəbaxan bitkisinin yığımına avqustda başalnılacaq.
Elnur Vahidoğlu
- Baxış: 1345