• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 14.04.2020 20:41

Koronavirus İdman Sarayının tikintisinə mane olmayıb

KepezTV Player

2018-ci ilin mart ayından inşasına başlanan idman qurğusunda tikintinin növbəti mərhələsinə start verilib. 1 hektara yaxın ərazini əhatə edən sarayın ön hissəsində yerləşən və 4 mərtəbədən ibarət olan korpusunda dəmir-beton işləri tamamlanıb. Hazırda tikilinin əsas hissəsində, daha dəqiq desək boks, güləş və şahmat zalları, həmçinin üzgüçülük hovuzu olan bölmələrdə dirək və qəliblər qurulur, dəmir-beton işləri aparılır.

Tikinti şirkəti işçilərin sağlamlığını da diqqətdə saxlayır. Bunun üçün inşaat işlərində çalışan 45-ə yaxın usta və fəhlə kontingenti tibbi vasitələrlə təmin edilib. Əraziyə maarifləndirici məlumat lövhələri vurulub.Tikinti şirkəti işçilərin sağlamlığını da diqqətdə saxlayır. Bunun üçün inşaat işlərində çalışan 45-ə yaxın usta və fəhlə kontingenti tibbi vasitələrlə təmin edilib. Əraziyə maarifləndirici məlumat lövhələri vurulub.

Qeyd edək ki, bir neçə korpusdan ibarət olacaq idman qurğusunda müxtəlif olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, eləcə də, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar inşa ediləcək.

İdman sarayının tikintisinin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu qurğu tək Gəncədə yox, həm də qərb bölgəsinin idman həyatına töhvə olacaq.

Ölkəmizdə koronavirus pandemiyası səbəbiylə bir çox fəaliyyət sahəsində durğunluq yaşansa da, inşaat sektorunda işlər davam etməkdədi. Bu mənada Gəncədə inşa olunan İdman Sarayında da tikinti işləri öz axarı ilə gedir.