• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1946
— 13.04.2020 19:28

"Kəpəz"in hücumçusu internetdəki məşq proqramları ilə hazırlaşır

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən çempionatların dayandırılması və məşqlərin keçirilməməsi futbolçuları çətin vəziyyətə salıb. I Divizionda çıxış edən Gəncənin “Kəpəz” komandası da digər klublar kimi oyunçuları vaxtından əvvəl məzuniyyətə göndərib

“Sarı-göylər”in sonuncu məşqi martın 14-də olub. Hazırlıq prosesindən sonra məşqçilər korpusu klub rəhbərliyi ilə məşvərətdən sonra mövcud duruma uyğun olaraq futbolçuları qeyri-müəyyən vaxta kimi evə buraxıb.

Evdə olduqları müddətdə oyunçular məşqçilərin tövsiyyələrinə əsasən fərdi qaydada hazırlaşır. Tural Qürbətov internet vasitəsi ilə əldə etdiyi məşq proqramından yararlanmaqla vəziyyətdən çıxışı yolunu tapıb. Gəncə klubunun hücumçusu nikbin danışaraq vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib.

Qış transfer kəsiyində “Kəpəz”in sıralarına qoşulan Tural Qürbətov komanda elitada oynadığı dövrlər də heyətdə olub. Qürbətov yarımçıq dayandırılan mövsümdə Nizami yurdunun kollektivi adına 5 oyuna 3 qol vurub.