• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 13.04.2020 11:57

Gəncədə xeyli sayda mərmi zərərsizləşdirilib

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gəncə şəhəri, Nizami rayonu, Avtomobil Zavodunun yaxınlığında 25-30 ədəd mərminin tapılması barədə məlumat daxil olub.<br>&nbsp;Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əraziyə sonradan atılmış, kustar üsulla bir hissəsi utilizasiya olunmuş 53 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 100 mm-lik top mərmisi, 36 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 122 mm-lik top mərmisinin gilizi, həmçinin tərkibində partlayıcı maddə olmayan 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.<br>Mərmilərin ətrafında 450 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.