• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 12.04.2020 11:57

Şabranda ana və oğlu güllələnərək öldürülüb

KepezTV Player

Şabran rayonunun Zeyvə kəndində qətl hadisəsi qeydə alınıb. Kənd sakini, 34 yaşlı Nahid İslamov həmyerliləri -57 yaşlı İstək Mahmudovanı və onun oğlu 37 yaşlı Məhəbbət Məmmədovov tüfəngi ilə güllələyərək qətlə yetirib. Qətli törətdikdən sonra hadisə yerindən qaçan şəxs gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.