• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 11.04.2020 20:44

Pauerliftinqçilərin məşq çətinliyi

KepezTV Player

Koronavirus pandemiyası idmançıları çıxılmaz vəziyyətə salıb. Belə ki, infeksiyasının yayılmasının qarşısını almaq üçün idman sahəsində də görülən tədbirlər çərçivəsində idman obyektlərinin fəaliyyəti dayandırlıb.  Və bu məqam məşqlərin keçirilməsini mümkünsüz edib. Təbii ki, karantin rejimində tətbiq olunan bütün qaydalar insan sağlamlığının qorunmasına xidmət edir.

Mövcud duruma uyğun olaraq idmançılar ev şəraitində hazırlaşmağa başlayıb. Düzdü, idman zalı ilə evin böyük fərqləri var və bu, müqayisəyə gəlməzdir. Bəzi idmançılar müəyyən hərəkətləri yerinə yetirməklə formanı qorumağa çalışırlar. Amma ağır atletika və paurliftinqlə məşğul olanlar haqda bu sözləri demək olmaz. Əzələləri tonusda saxlamaq üçün mütləq müəyyən məşq avadanlıqları və ləvazimatları o cümlədən qantellər və çəki daşları olmalıdır. İndiki durumda böyük əksəriyyətin evdə belə imkanı yoxdur.

Digər idman növlərində olduğu kimi, pauerliftinqçilərin də bir sıra yarışları koronavirusa görə təxirə salınıb. Bu turnirlər arasında yerli və beynəlxalq əhəmiyyətliləri də var.

Əli Əliyev Respublika çempionu, Azərbaycan Kubokunun və beynəlxalq turnirlərin qalibi və mükafatını qazanıb. Onun medal kolleksiyasında Avropa Çempionatının qızıl,  dünya çempionatının isə gümüş medalı da var.