• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 11.04.2020 16:21

Polisin saxla işarəsinə məhəl qoymayan sürücü qəza törədib

KepezTV Player

Karantin rejiminin tələblərinə uyğun olaraq ölkə ərazisində vətəndaşların zərurət olmadıqda yaşadıqları ünvandan kənara çıxmasına məhdudiyyət qoyulsa da iki nəfər Şəmkir sakini bu səddi özlərinəməxsus şəkildə aşmaq istəyib. Alternativ yollarla bir neçə polis postunu keçən sürücü və sərnişininin “qəhrəman”lığından sizdə xəvər tutacaqsınız. 

Şəmkir sakini Orxan Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə rayonun qərb istiqamətindəki çıxışında yaradılan polis postuna yaxınlaşaraq Tovuz rayonuna getmək istədiyini bildirib. Polis əməkdaşları vətəndaşa qanunun tələblərini izah edərək bununyol verilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman Orxan Hüseynov tələblərə məhəl qoymaraq postu qanunsuz keçib.

Orxan Hüseynov sürücü: Maşının 512 manat borucu var idi. Ona görə saxlamadım. Dedim birdən maşını əlimdən alarlar. Belə də hörmətsizlik etmişəm. Çox peşamanam.

Alternativ yollarla Qazax rayonuna qədər gedib çatan Orxan Hüseynov geri qayıdanda yenə də eynilə Şəmkirin Düyərli kəndi ərazisində polis postunu qanunsuz keçmək istəyib. Ancaq cəmi bir neçə metr irəlilədikdən sonra idarəetməni itirərək qəza törədib. Hadisə vaxtı sürücü özü və yanındakı sərnişini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb. Polis əməkdaşları dərhal qəza baş verən əraziyə tibbi briqadanı çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb.

Ülvi Süleymanov sərnişin: Qayıdanda yenə əl elədilər. Yenə saxlamadıq. Getdik bir qaranlıq yerə çıxdıq. Getdik bir əyri yola çıxdıq. Maşının altı orada dəydi. Dostuma dedim gərək saxlayaydın. Dedi maşının cəriməsi var.

Toplanan materiallar Şəmkir rayon Məhkəməsinə təqdim olunub. Hər iki şəxs 30 sutka həbs olunub, bununla yanaşı Orxan Hüseynov bir illik sürücülk hüququndan da məhrum edilib.

Natiq Hüseyn