• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 09.04.2020 16:40

Gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib

KepezTV Player

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir zamanı isə qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı içərilərində yetkinlik yaşına çatmayan şəxs də olan 3 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Elnur Yusifov və 3 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 40-ci Polis Bölməsinə gətiriliblər. Xüsusi karantin qaydalarını pozan müştərilər İnzibati Xətalar Məcəlləsinin Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsi ilə 100 manat cərimə ediliblər. Obyektin sahibi Elnur Yusifov barəsində toplanan materiallar məhkəməyə göndərilib.“Play station” salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.