• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 09.04.2020 16:39

Qaydaları pozan kafe sahibi və müştərilər

KepezTV Player

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinir. Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən kafenin xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərdiyi aşkar olunub. Həmin kafenin sahibi Azər Nağıyev və obyektdə olan 3 müştəri saxlanılıb. Müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Azər Nağıyev barəsində toplanan materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.