• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 07.04.2020 16:31

100-ə yaxın yaşayış binası təkrar dizinfeksiya edilib

KepezTV Player

Koronavirusla əlaqədar olaraq Gəncədə çoxmərtəbəli yaşayış binalarının təkrar dizinfeksiyası aparılır. Son iki gün ərzində 100-ə yaxın binada virus əlehinə tədbirlər görülüb.

Çoxmərtəbəli yaşayış binalarının təkrar dizinfeksiya işlərini Gəncə şəhər Dizinfeksiya stansiyasının 4 birqadası həyata keçirilir. Binalarının ətrafı, bloklar, piləkənlər, eləcə də lift və qapıların girişi çiləyici aparatlarla xüsusi məhlullarla dizinfeksiya olunur.

Səlbi Cəfərova Gəncə Şəhər Dizinfeksiya Stansiyasın baş həkimi:Gülüstan qəsəbəsində, Yeni Gəncədə eləmişik, Mahrasa bağında da dizinfeksiya işləri aparılır. Həmçinin Dədə Qorqud küçəsində də olur. Yenə də axıra kimi də təkrar dizinfeksiya işlərini davam etdirəcəyik”.

İbrahim Məmmədov sakin: Adilxan Ziyadxanov küçəsi 38-ci binada yaşayıram. Bizim binalar bir dəfə dizinfeksiya olunubdu. İkinci dəfədir ki, dizinfeksiya edilir. Razıyıq, təşəkkürümüzü bildiririk.

Həmçinin Gəncənin Mənzil İstismar Sahələrinin işçiləri mütamadi olaraq ərazi üzrə sakinlərlə maarifləndirici söhbətlər aparır. Karantin qaydalarına riayət edilməsinin vacibliyi izah edilir.

Vüqar Cəfərov 13 saylı MİS-nin rəisi:Hər gün sahə müvəkkili, Mənzil İstismar sahəsinin işçiləri, rəisi, gündə bir neçə dəfə bütün ərazilərdə, binaların qarşısında oluruq. Yaşlılarla, sakinlərlə söhbətlər aparılır onların evdən çölə çıxmamağı tövsiyyə olunur. Xəstəliyin yayılmaması üçün maarifləndirici söhbətlər hər gün davam edir.

Gəncədə 865 çoxmərtəbəli yaşayış binası var. Bütün binalar martda koronavirusla əlaqədar olaraq dizinfeksiya edilib.