• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4142
— 07.04.2020 11:06

Gəncəli cibgir Şəmkirdə tutuldu

KepezTV Player

Ömrünün 40 ilini dəmir barmaqlıqlar arasında keçirən şəxs yenidən azadlıqdan məhkum olunmağa yaxındır. Köhnə peşəsindən əl çəkə bilməyən şəxs bu dəfə də cibgirliyə görə polisin əkinə keçib.

Şəmkir rayon polis şöbəsinə bu ilin martında cibgirlik yolu ilə oğurluq cinayətinin törədilməsi ilə bağlı bir neçə müraciət daxil olub. Həmin müraciətlər əsasında dərhal əməliyyat axatrış tədbirlərinə başlayan polis rayon ərazisində cibgirlik edən şəxsin kimliyini müəyyən edə bilib. Məlum olub ki, Gəncə şəhər sakini əvvəllər müxtəlif maddələrlə dəfələrlə məhkumluq həyatı yaşayan Rövşən İsmayılov 2020-ci ilin mart ayı ərzində bir neçə dəfə Şəmkir şəhərinə gələrək rayon ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində cibgirliklə məşğul olurmuş.

Elvin Gözəlov baş müstəntiq: İsmayılov Rövşən Yəhya oğlu Şəmkir şəhəri ərazisində cibgirlik yolu oğurluq etdiyi məlum olub və o saxlanılara istintaqa təqdim olunub. Onun digər analoji cinayətlərdə əlinin olub olmamassı araşdırılır.

İstintaq yolu ilə müəyyən edilib ki, Rövşən İsmayılov təkcə Şəmkirdə cbigirlik yolu ilə üç oğurluq cinayəti törədib. O bu yolla əldə etdiyi pul və mobil telefonları isə sataraq xərcləyib. Ömrünün 40 ilinin dəmir barmaqlıqlar arasında keçirən cibgir əməlinə görə heç də peşman görünmür.

Rövşən İsmayılov saxlanılan şəxs: Ayın 4-ü bir gəldim. 16-da bir dəfə gəldim. Minirdim avtobusa götürüb düşürdüm. Sonra da aparıb satıb pulunu xərcləmişəm.

Rövşən İsmayılovun ətraf şəhər və rayonlarda da oxşar cianyətlər törətməsi istisna deyil. Odur ki, bu şəxsin əməlindən zərər çəkənlər Daxili İşlər Nazilriyinin 102 zəng mərkəzinə və yaxınlıqda yerləşən polis orqanına məlumat verə bilərlər.  

Natiq Hüseyn